Fransız xalqı Milli Birlik Partiyasını irəli apardı və Fransa Prezidenti Emmanuel Makronun düşərgəsini az qala məhv etdi.
AzerTimes xəbər verir ki, bu sözləri Milli Birlik Partiyasının lideri Marin Le Pen 30 iyunda Milli Assambleyaya (parlamentin aşağı palatası) keçirilən seçkilərin birinci turunun nəticələrini şərh edərkən deyib.
O, partiyasının Fransanı bərpa edə edə bilməsi üçün seçkilərin ikinci turunda parlamentdə mütləq çoxluğun əldə edilməsinə çağırıb:
O bildirib ki, ikinci tur həlledici olacaq:
“Partiyanın prezidenti Cordan Bardellanın (Prezident) Emmanuel Makron tərəfindən səkkiz gün ərzində baş nazir təyin edilməsi üçün mütləq çoxluğa ehtiyacımız var”.
Qeyd edək ki, 30 iyunda keçirilən seçkilərin ilkin nəticəsinə görə, Milli Birlik Partiyası liderdir. İkinci yeri Yeni Xalq Cəbhəsi, üçüncü yeri isə Makronun koalisiyası tutub.