Makronun bar əyləncəsi: Fransada kütləvi narazılıq… – Video

Makronun bar əyləncəsi: Fransada kütləvi narazılıq… – Video

Fransa Prezidenti Emmanuel Makronun kütləvi tətillər zamanı, vətəndaşların pensiya islahatını boykot edərkən ölkəni tərk edərək Konqoya səfər etməsi, oradakı barlardan birində əylənməsi vətəndaşların narazılığına səbəb olub.

AzerTimes Report-a istinadən xəbər verir ki, Fransa sakinləri sosial şəbəkələrdə, habelə aksiyalarda prezidentə qarşı sərt ifadələr səsləndirir, onun bu hərəkətini pisləyirlər.

Qeyd edək ki, Makron Fransadakı kütləvi tətillər zamanı ölkəni tərk edərək Konqoya səfərə gedib. Beşinci Respublikanın vətəndaşları pensiya islahatını boykot edərkən, Emmanuel Makron barda vaxt keçirib.

O, rəsmi tədbirlərdən dərhal sonra musiqiçi, Konqonun rabitə naziri və daha bir məmurun müşayiəti ilə bara gedib.

Qeyd edək ki, Fransa rəhbərinin bardakı əyləncəsini əks etdirən videogörüntü sosial şəbəkələrdə yayılıb. Görüntülərdə Fransa prezidentinin spirtli içki qəbul etməsi yer alıb. Bütün bunlar bir yana, Makronla foto çəkdirən qaradərililərdən biri ədəbsiz hərəkət edib.

Teqlər: