Fransanın bu tələbi daha çox onun daxili siyasəti, orada yaşayan erməni lobbisi ilə əlaqədardır.
Bu sözləri AzerTimes-a tanınmış güneyli siyasətçi, İran və Qafqaz üzrə siyasi şərhçi Kərim Əsgəri Fransanın Azərbaycanın antiterror tədbiri ilə bağlı BMT Təhlükəsizlik Şurasının iclasının təcili çağırılması tələbinə münasibət bildirərkən deyib.
O bildirib ki, Paris Qarabağda Azərbaycanın yüksək səviyyədə və dəqiqliklə apardığı və artıq yekunlaşdırdığı antiterror tədbirlərindən sonra BMT TŞ-də hər hansı uğura nail olmayacaq:
“Azərbaycan beynəlxalq hüquqa uyğun öz ərazilərində antiterror tədbiri keçirib. Bu baxımdan Fransanın hədəfinə çatan və mülki insanların heç bir zərər görmədiyi antiterror tədbirlərinə görə Bakıya təzyiq cəhdi nəticəsiz olacaq. Qarabağda heç bir ölkə tərəfindən tanınmayan, qondarma, separatçı və silahlı bir qurum vardı, indi artıq o da yoxdur və deməli, müzakirə ediləcək nəsə də qalmayıb”.