Makronu “zibil” adlandıran qadını böyük cərimə gözləyir

Makronu “zibil” adlandıran qadını böyük cərimə gözləyir

Fransada adı açıqlanmayan qadın pensiya islahatlarını müdafiə edən prezident Emmanuel Makronu təhqir etdiyinə görə saxlanılıb.

AzerTimes xəbər verir ki, televiziyada çıxış edən dövlət başçısını öz Feysbuk paylaşımında “zibil parçası” adlandıran vətəndaşı 12 min avro məbləğində cərimə gözləyir.

“13:00…biz həmişə televizorda bu natəmizliyi görürük”, – deyə o Feysbuk statusunda yazıb.

Əlli yaşı olan fransız qadın 2018-2019-cu illərdə “sarı jiletlər” etiraz aksiyalarının iştirakçısı olub.

Qeyd edək ki, bu etirazlar Makronun birinci prezidentliyi dövründə onun nüfuzuna ciddi zərbə vurub.

Teqlər: