Makronu tez bir zamanda yola salmalıyıq – Filippo

Makronu tez bir zamanda yola salmalıyıq – Filippo

Prezident Emmanuel Makron Ukrayna ordusuna yardımın artırılması ilə bağlı sözlərindən sonra istefaya göndərilməlidir.

AzerTimes xəbər verir ki, bunu Fransanın “Vətənpərvərlər” partiyasının rəhbəri Florian Filippo X sosial şəbəkəsindəki hesabında yazıb.

“O, Ukraynaya Fransanın, xüsusən də fermerlərimizin hesabına daha çox pul xərcləməyə hazırlaşır! Gəlin, onu buradan tez bir zamanda uzaqlaşdıraq!” – o bildirib.

Filippo hesab edir ki, dövlət başçısı fermerlərə qarşı ciddi təxribat törədir.

Teqlər: