Ermənistan Baş naziri Nikol Paşinyan ilə Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı olub.
AzerTimes xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.
“Makron Paşinyanı ad günü münasibətilə təbrik edib. Baş nazir təbriklərinə, həmçinin Ermənistan və Fransa arasında əlaqələrin inkişafına verdiyi müstəsna töhfəyə görə Makrona təşəkkür edib”, – məlumatda bildirilib.