Fransanın Nigerdəki səfiri hərbçilər tərəfindən girov saxlanılır.
AzerTimes xəbər verir ki, bu sözləri Fransa Prezidenti Emmanuel Makron deyib.
“Onlar səfirin ərzaq təminatına müdaxilə edirlər. O, əsgər yeməyi yeyir”, – prezident deyib.
Onun sözlərinə görə, Fransanın Nigerdəki diplomatik missiyasının digər üzvləri də eyni vəziyyətdədir.