Makrondan Putinə: Nömrəm dəyişməyib!

Makrondan Putinə: Nömrəm dəyişməyib!

Fransa Prezidenti Emmanuel Makron Rusiya prezidenti Vladimir Putinlə dialoqu bərpa etməyə hazır olduğunu bildirib.

AzerTimes xəbər verir ki, Makron bu barədə Aİ sammitinin yekunlarına dair mətbuat konfransı zamanı deyib.

“Prezident Putinin ciddi təklifləri olarsa və beynəlxalq hüquqa uyğun olaraq sülh yolu ilə həllə nail olacaq dialoqu bərpa etməyə hazırdırsa, Fransa həmişə dəstək verəcək və nəticə əldə etmək üçün səylərini əsirgəməyəcək”, – Makron deyib.

“Telefon nömrəm dəyişməyib”, – Fransa prezidenti əlavə edib.

Qeyd edək ki, Rusiya prezidenti ilin yekunları iləbağlı keirdiyi mətbuat konfransında bildirmişdi ki, Makronla yaxşı münasibətləri olub, amma sonradan Fransa prezidenti əlaqələri kəsib.

Teqlər: