Biz hazırıq, bizim formalaşmış doktrinamız var və nüvə məsələlərinə gəlincə, çox sözə ehtiyac qalmır.
AzerTimes xəbər verir ki, bu sözləri Fransa Prezidenti Emmanuel Makron “Frans 24”ə müsahibəsində nüvə təhdidləri ilə bağlı deyib.
“Nüvə qabiliyyətimiz ilk növbədə fransızların təhlükəsizliyini təmin edir. Az sayda ölkələr buna sahibdir. Bu, bizə fövqəlgüc olmaq və buna görə də heç vaxt eskalasiyada iştirak etməmək məsuliyyətini verir”, – deyə prezident bildirib.
Qeyd edək ki, bundan öncə Putin Rusiyanın hərbi-texniki baxımdan mümkün nüvə savaşına hazır olduğunu açıqlamışdı.