Fransa prezidenti baş verən iğtişaşlarla əlaqədar Yeni Kaledoniyaya (Fransanın Sakit okeanda dənizaşırı ərazisi – red.) səfər edəcək.
AzerTimes xəbər verir ki, bu barədə Fransa hökumətinin nümayəndəsi Priska Teveno məlumat verib.
“Nazirlər Şurasının iclası zamanı prezident bu axşam Yeni Kaledoniyaya gedəcəyini bildirib”, – Teveno bildirib.
Qeyd edək ki, Yeni Kaledoniyada baş verən iğtişaşlar nəticəsində 6 nəfər ölüb, onlarla insan yaralanıb, 200-dən çox şəxs saxlanılıb. Muxtar quruma 200 milyon avrodan çox ziyan dəyib.