Makron yalan deyir, ordumuz buna qadir deyil – General

Makron yalan deyir, ordumuz buna qadir deyil – General

Fransa Prezidenti Emmanuel Makronun Ukraynaya qoşun göndərməyə hazır olması ilə bağlı açıqlamaları cəfəngiyyatdır. Fransa ordusu Ukrayna Silahlı Qüvvələrinin hazırda apardığı döyüşə qadir deyil.

AzerTimes xəbər verir ki, bunu istefada olan fransız generalı Kristof Qomar deyib.

“Makronun sözləri çoxdur, amma arxasında hərəkət azdır. Əslində, bu halda biz üç mesaj oxuya bilərik. Fransızlara mesaj: “Ehtiyatlı olun, ora gedə bilərik”. Digər Avropa ölkələrinə mesaj: “Görünür, biz yenidən silahlanmalıyıq”. Amma Fransa bunu etmədi, ona görə də sakitliyimizi qoruyaq.

Üçüncü mesaj isə əslində ruslara ünvanlanıb: “Nə qədər irəli getdiyinizə diqqət edin, çünki sonda sizi dayandırmağa hazır olacağıq və ya buna cəhd edəcəyik”, – o bildirib.

Qomarın sözlərinə görə, Makron tərəfindən Fransa ordusunun Ukraynaya hipotetik girmə ehtimalına hazırlanması üçün hələlik heç bir əməli addım atılmayıb.

Teqlər: