Fransa Prezidenti Emmanuel Makron müttəfiqləri ilə gərgin münasibətlərə görə Kiyevə çoxdan planlaşdırılan səfərini ləğv edib.
AzerTimes xəbər verir ki, bu barədə “Politiko” nəşri mənbələrə istinadən yazıb.
Nəşrə danışan mənbələr Makronun hazır təkliflərlə Ukraynaya gəlmək üçün müttəfiqləri ilə danışıqlara vaxt ayırmaq istədiyini bildirib:
“Lazımi qərarların qəbul edilməsi və tərəfdaşlar qarşısında öhdəliklərin formalaşdırılması bir az vaxt tələb edir”.