Fransa prezidentinin söylədikləri NATO qoşunlarının Ukraynaya göndərilməsi hərbi missiyalarda deyil, təlimlərdə iştirakdan ibarətdir, istənilən halda bu məsələ hələ də müzakirə olunur.
AzerTimes xəbər verir ki, bunu Litvanın müdafiə naziri Arvydas Anusauskas LRT telekanalına müsahibəsində bildirib.
“Biz təlim missiyaları, təlim komponentləri haqqında danışırıq”, – nazir vurğulayıb.
Nazirin sözlərinə görə, Litva hərbçiləri hazırda Böyük Britaniya, Almaniya və Litvada ukraynalılara təlim keçir və Vilnüs bunun üçün xüsusi mandata malikdir.
Qeyd edək ki, daha öncə Fransa Prezidenti Emmanuel Makron bildirib ki, Qərb ölkələrinin liderləri Ukraynaya qoşun yeritmək imkanını müzakirə ediblər, lakin hələlik konsensus əldə olunmayıb.