Makron Ukrayna ilə bağlı mühüm qərar verəcək

Makron Ukrayna ilə bağlı mühüm qərar verəcək

Fransa Prezidenti Emmanuel Makron bu həftə Çexiyanın Avropa Birliyinə daxil olmayan ölkələrdən Ukraynaya yüz minlərlə artilleriya mərmisi tədarükü təklifini dəstəkləyəcəyini açıqlayacaq.

AzerTimes xəbər verir ki, bu barədə “Blumberq” mənbəyə istinadla məlumat yayıb.

“Almaniya, Niderland və Danimarka da bu təşəbbüsə qoşulacaq. Makron bu gün Praqaya səfəri zamanı bu təklifi Çexiyanın Baş naziri Petr Fiala ilə müzakirə edəcək. Bu həftə təfərrüatı razılaşdırmaq üçün AB müdafiə və xarici işlər nazirləri arasında ayrıca müzakirənin də baş tutacağı gözlənilir”, – agentlik bildirib.

Teqlər: