Emmanuel Makronun bu həftə Qazaxıstan və Özbəkistana səfərinin məqsədi Fransanın enerji təhlükəsizliyini yaxşılaşdırmaqdır.
AzerTimes xəbər verir ki, bu barədə “Blumberq” mənbələrə istinadla məlumat yayıb.
“Emmanuel Makron bu həftə Fransa nüvə reaktorlarını təmin edən uran tədarükçüləri olan Qazaxıstan və Özbəkistana səfər edəcək. Səfərin məqsədi Fransanın enerji təhlükəsizliyini yaxşılaşdırmaqdır. Makronun səfərinin başqa bir səbəbi var – postsovet ölkələrinin Rusiyadan asılılığına təsir göstərməyə çalışmaq”, – məlumatda qeyd olunub.
Qeyd edək ki, Fransa Prezidenti Emmanuel Makron noyabrın 1-də Qazaxıstana, ertəsi gün isə Özbəkistana səfər edəcək.