Makron Tokayevə qazax dilində müraciət etdi

Makron Tokayevə qazax dilində müraciət etdi

Fransa Prezidenti Emmanuel Makron Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayevə qazax dilində müraciət edərək onu hörmətli dost adlandırıb.

AzerTimes xəbər verir ki, Fransa lideri müraciətini X sosial şəbəkə səhifəsində paylaşıb.

“Xoş gəlmisiniz, əziz tərəfdaş, əziz dost. Sizin dövlət səfərinizlə biz Qazaxıstan və Fransanı birləşdirən dərin dostluğu qeyd edirik”, – deyə qeyd edib.

Qeyd edək ki, noyabrın 5-də Qazaxıstan Prezidentinin Fransaya ikigünlük dövlət səfəri başa çatıb.

Teqlər: