Fransa-İtaliya hava hücumundan müdafiə sistemləri SAMP/T artıq Ukrayna ərazisində fəaliyyət göstərir.
AzerTimes xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron deyib.
“Mən italiyalı həmkarım Corc Meloni ilə birlikdə Fransa-İtaliya istehsalı SAMP/T qurğularının hazırda Ukrayna ərazisində yerləşdirildiyini və artıq fəaliyyət göstərdiyini sizə elan etməkdən məmnunam”, – deyə o bildirib.