Makron, Şolts və Tusk Ukrayna üçün toplanır

Makron, Şolts və Tusk Ukrayna üçün toplanır

Fransa Prezidenti Emmanuel Makron və Polşanın Baş naziri Donald Tusk martın 15-də Berlində Almaniya kansleri Olaf Şoltsla Ukraynadakı vəziyyəti müzakirə edəcəklər.

AzerTimes xəbər verir ki, bu barədə “Politiko” qəzeti mənbələrə istinadən məlumat yayıb.

“Günorta saatlarında fransız və alman siyasətçilər ikitərəfli görüş keçirəcək, daha sonra Polşanın Baş naziri onlara qoşulacaq. Bu, Tusk 2023-cü ilin dekabrında hökumətin başına keçdikdən sonra Veymar Üçlüyünün ilk görüşü olacaq. Görüşün məqsədi mediada fikir ayrılıqlarının artması ilə bağlı yayılan xəbərlər fonunda Ukrayna məsələsi üzərində işləməkdə liderlərin birliyini nümayiş etdirməkdir. Sənədlərin imzalanması və ya konkret müqavilələrin elan edilməsi nəzərdə tutulmur”, – məlumatda deyilir.

Teqlər: