Makron seçkini uduzur – komandasına çağırış etdi

Makron seçkini uduzur – komandasına çağırış etdi

Fransa Prezidenti Emmanuel Makron parlament seçkilərinin birinci turunun ilkin nəticələri açıqladıqdan sonra ikinci turda Cordan Bardella və Marin Le Penin Milli Birliyinə qarşı “demokratik birliyə” çağırıb.

AzerTimes xəbər verir ki, bu barədə “Frans-Press” agentliyi məlumat yayıb.

“Birinci turda yüksək fəallıq bu səsvermənin bütün soydaşlarımız üçün əhəmiyyətindən və siyasi vəziyyətə aydınlıq gətirmək istəyindən xəbər verir. Milli Birlik qarşısında ikinci turda geniş, açıq-aydın demokratik və respublikaçı birliyin sözünü deməsinin vaxtı çatıb”.

Qeyd edək ki, bu gün Milli Assambleyaya (parlamentin aşağı palatası) keçirilən növbədənkənar seçkilərin birinci turunda “Respublika naminə birlikdə” prezident koalisiyası, ilkin məlumata görə, 3-cü yer tutub. Milli Birlik və Yeni Xalq Cəbhəsi isə 1-ci və ikinci yerlərdə qərarlaşıblar.

Teqlər: