Makron seçkiləri uduzur – ancaq “xoş xəbər” də var

Makron seçkiləri uduzur – ancaq “xoş xəbər” də var

Fransada parlament seçkilərinin ikinci turunda sağçı Milli Birlik Partiyası liderdir, lakin çox güman ki, mütləq çoxluğu əldə edə bilməyəcək.

AzerTimes xəbər verir ki, bu barədə Belçikanın RTBF telekanalı “exit-poll” məlumatlarına istinadən məlumat yayıb.

Kanal hesab edir ki, Marin Le Pen və Jordan Bardellanın partiyası parlamentdəki 577 yerdən təxminən 210-228-ni qazana bilər.

Eyni zamanda, Fransa seçkilərini yaxından izləyən “Soir” qəzeti sağ Milli Birliyin ehtimal olunan qələbəsini təsdiqləyir, lakin hazırda mövcud olan məlumatların “son dərəcə qeyri-dəqiq” olduğunu nəzərə alaraq, yerlərin bölüşdürülməsi ilə bağlı heç bir təxmin vermir.

Qeyd edək ki, seçki məntəqələri Bakı vaxtı ilə 21:00-da bağlanıb. Hazırda səslərin sayılması prosesi gedir.

Teqlər: