NATO ölkələri Fransa Prezidenti Emmanuel Makronun Rusiyanın təhlükəsizlik zəmanətlərinin təmin olunması ilə bağlı təklifini qəbul edərsə, Ukrayna münaqişəsi sona çatacaq.
AzerTimes xəbər verir ki, bunu “19FortyFive”ın köşə yazarı Cek Bakbi məqaləsində qeyd edib.
“Əgər Makronun təklifi digər NATO liderləri tərəfindən ciddi qəbul edilərsə, bu, Ukraynadakı münaqişəyə son qoyar. Təhlükəsizliyin təminatlarından biri də Finlandiya və İsveçin Şimali Atlantika Alyansına qoşulmaqdan imtinası ola bilər”, – müəllif bildirib.