Makron Rəisi ilə saat yarım danışıdı və razılaşdı

Makron Rəisi ilə saat yarım danışıdı və razılaşdı

İran Prezidenti İbrahim Rəisi ilə fransalı həmkarı Emmanuel Makron arasında telefon danışığı olub.

AzerTimes xəbər verir ki, bu barədə İRNA xəbər agentliyi məlumat yayıb.

Məlumata görə, tərəflər arasında danışıq 90 dəqiqə çəkib.

İran Prezidenti Administrasiyası rəhbərinin siyasi məsələlər üzrə müavini Məhəmməd Cəmşidi bildirib ki, danışıqlar zamanı Makron Parisin Tehranla əməkdaşlıq etmək niyyətində olduğunu vurğulayıb.

Prezidentlər iki ölkə arasında əlaqələrin inkişaf etdirilməsi yollarını müzakirə edib, İrana qarşı sanksiyaların ləğvi ilə bağlı danışıqları davam etdirmək barədə razılığa gəliblər.

Teqlər: