Makron Rəisi ilə iki saat nə danışıb?

Makron Rəisi ilə iki saat nə danışıb?

Fransa Prezidenti Emmanuel Makron iranlı həmkarı İbrahim Rəisi ilə telefonla iki saat nədən danışa bilərdi?

AzerTimes xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu qeyd edib.

Onun ehtimalına görə, Rəisi Makronu ABŞ-ın İrana qarşı sanksiyalarının qlobal iqtisadiyyat, xüsusilə də Avropa üçün zərərli olduğuna inandırmağa çalışıb, Makron isə Rəisini İrana qarşı sanksiyaların yumşalması, neft-qazın dünya bazarlarına çıxması üçün nüvə razılaşmasını qəbul etməyə çağırıb:

“Rusiyaya qarşı sərt sanksiyalar tətbiq edən Avropanın neft və qaza daha çox ehtiyacı var. İranla nüvə məsələsi həll olunsa, bu ölkənin nefti və qazı Avropaya yönələr. İran gərəkli maliyyə, Avropa isə enerji əldə edir, hər iki tərəf üçün faydalıdır. Buna baxmayaraq, nüvə danışıqlarında irəliləyiş yoxdur. Tehran hələ ki, siyasətindən əl çəkmir. Bunun isə nə İran, nə də Avropa iqtisadiyyatına faydası var”.

Teqlər: