Makron “qorxaq olmamağa” çağırdı – Berlindən cavab

Makron “qorxaq olmamağa” çağırdı – Berlindən cavab

Almaniyanın müdafiə naziri Boris Pistorius Fransa Prezidenti Emmanuel Makronun Ukraynaya yardımla bağlı qorxaqlıqdan əl çəkmə çağırışını, eləcə də Kiyevə qoşun göndərilməsi bəyanatını tənqid edib.

AzerTimes xəbər verir ki, bu barədə “Tagesschau” məlumat yayıb.

“Məncə, quru qoşunlarının göndərilməsi və ya cəsarətlə bağlı müzakirələrə ehtiyacımız yoxdur. Diqqəti ən aktual problemlərə yönəltməliyik – məsələn, sənaye istehsal gücünün səmərəli və sürətlə artırılmasına, artilleriya və hava hücumundan müdafiə sistemləri üçün sursat istehsalına…” – o bildirib.

Pistorius əlavə edib ki, bu cür mübahisələr Ukraynanın üzləşdiyi problemlərin həllinə kömək etmir.

Qeyd edək ki, ötən gün Makron Praqada yaşayan fransalı mühacirlərlə görüşündə Ukraynadakı münaqişədən danışaraq, Kiyevə yardımda qorxaq olmamağa çağırıb.

Teqlər: