Almaniya kansleri Olaf Şoltsun alman sənayesini dəstəkləmək üçün 200 milyard avro ayırmaq qərarı Fransa Prezidenti Emmanuel Makronu o qədər qəzəbləndirib ki, onunla görüşü ləğv edib.
AzerTimes xəbər verir ki, bu barədə “Teleqraf” məlumat yayıb.
“Fransa ən yaxın AB tərəfdaşı ilə əvvəlcədən məsləhətləşmədən Almaniyanın 200 milyard avro dəyərində daxili enerji yardımı sxeminin işə salınmasından qəzəblənib”, – məlumatda qeyd olunub.
Bütün bunların fonunda nəşr belə qənaətə gəlib ki, AB-yə üzv olan ən böyük dövlətlərin liderlərinin bu cür davranışı uçurumların dərinləşməsindən xəbər verir.
Parisin Berlinin qərarlarına son dərəcə mənfi reaksiyası “Teleqraf”ın diplomatik dairələrdəki bir sıra mənbələri tərəfindən də təsdiq olunub.