Makron Putinlə gizli söhbəti yaydı – Zaxarova qəzəbləndi

Makron Putinlə gizli söhbəti yaydı – Zaxarova qəzəbləndi

Yelisey Sarayı Fransa Prezidenti Emmanuel Makronla Rusiya lideri Vladimir Putin arasındakı danışıqları açıqmaqla, konfedensiallıq prinsipini pozub.

AzerTimes xbər verir ki, bu sözləri Rusiya XİN rəsmisi Mariya Zaxarova deyib.

“Yüksək səviyyədə baş tutan telefon danışığı, əlbəttə ki, konfedensial tarixdir. İndi məlum olur ki, bir neçə ay əvvəl Makron Rusiya liderinə zəng edərkən birbaşa kabinetdə, söhbətin baş tutduğu masada danışıq səsgücləndirici ilə aparılıb – başa düşürük, bu, ona görə belə edilir ki, tərcüməçilər olur, danışığı qeydə alanlar iştirak edir. Və budur, gözlənilməz hal: sən demə, bütün danışıq jurnalist kameralarına yazılırmış”, – Zaxarova “Solovyovla axşam” verilişində bildirib.

Qeyd edək ki, 30 iyunda “Frans-2” (France 2) kanalında “Prezident, Avropa və müharibə” sənədli filmi göstərilib. Filmdə Makron və Putin arasında 20 fevral 2022-ci ildə baş tutan telefon danışığı səhnəsi də var.

Teqlər: