Rusiya Prezidenti Vladimir Putinlə görüşə bilərəm, lakin müzakirə olunası nə isə yoxdur.
AzerTimes xəbər verir ki, bu sözləri Fransa Prezidenti Emmanuel Makron deyib.
“Fransa hər zaman hər kəslə dialoqa hazırdır. Fürsət yaranarsa, məzmuna bağlı olaraq görüş ola bilər. Amma bu gün faydalı söhbət üçün mövzu yoxdur”, – deyə dövlət başçısı bildirib.