Ermənistanı heç kim özəlləşdirməz.
AzerTimes xəbər verir ki, bu barədə Fransanın Ermənistandakı səfiri Olivye Dekotini X-dəki mikrobloqunda yazıb.
“Ermənistan heç kimin “axra bağçası” deyil. Bu, suverenliyi və ərazi bütövlüyü Fransa tərəfindən dəstəklənən dost və demokratik ölkədir”, – deyə səfir qeyd edib.
Qeyd edək ki, bundan öncə “Politiko”da “Fransa Ermənistanla silah müqaviləsi bağlamaqla Rusiyanın arxa bağçasına bayraq sancdı” başlıqlı məqalə yayıb.