81 deputat Emmanuel Makronun Fransa prezidentliyindən uzaqlaşdırılmasını tələb edən qətnamə imzalayıb.
AzerTimes xəbər verir ki, bu barədə “Radio Franceinfo” məlumat yayıb.
Sənədi “Yeni Xalq Cəbhəsi” blokundan 81 deputat imzaladığı iddia edilir ki, onlardan 72-si “Əyilməz Fransa” partiyasından olan deputatlardır.
Qətnamənin imzalanmasına səbəb Makronun blokun nümayəndəsini ölkənin baş naziri postuna təyin etməkdən görünməmiş şəkildə imtina etməsi olub.