Makron Prezident İlham Əliyevə telefonla zəng edib

Martın 1-də Fransa Respublikasının Prezidenti Emmanuel Makron
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng
edib.

Trend Prezidentin Mətbuat Xidmətinə istinadən xəbər verir ki,
söhbət zamanı Ukraynada cərəyan edən böhran vəziyyəti və Ukraynaya
humanitar dəstəyin göstərilməsi məsələləri müzakirə olunub.

Telefon danışığı zamanı, həmçinin enerji məsələlərinə dair fikir
mübadiləsi aparılıb.

Teqlər: