Makron Pezeşkiandan xahiş edib və söz verib ki…

Makron Pezeşkiandan xahiş edib və söz verib ki…

Xəbər verdiyimiz kimi, ötən gün Fransa lideri Emmanuel Makron İran Prezidenti Məsud Pezeşkiana zəng edib.

AzerTimes xəbər verir ki, bu barədə Yelisey sarayı da açıqlama yayıb.

Qeyd edilib ki, Fransa rəhbəri həmsöhbətini Yaxın Şərqdə gərginliyin daha da artmasına səbəb olmamaq üçün Tehranda HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin öldürülməsinə görə qisas məntiqindən imtina etməyə çağırıb.

“Yeni hərbi eskalasiya heç kimə, o cümlədən İrana sərfəli deyil”, – Makron bildirib.

Makron həmçinin vurğulayıb ki, Fransa İranın beynəlxalq öhdəliklərinə əməl edəcəyi təqdirdə regionda sülh və sabitliyin təmin edilməsinə kömək edəcək “siyasi çərçivə” variantlarının araşdırılmasına kömək etməyə hazırdır.

Pezeşkian isə Makrondan İsrailə Qəzza zolağında hərbi əməliyyatları dayandırmaq üçün təzyiq göstərməyi tələb edib.

Teqlər: