Makron ordunu müharibəyə hazırlayır – “Fiqaro”

Makron ordunu müharibəyə hazırlayır – “Fiqaro”

Fransa Prezidenti Emmanuel Makron ölkəni mümkün müharibəyə hazırlamağı nəzərdə tutan yeni milli strategiya doktrinasını təqdim etməyə hazırlaşır.

AzerTimes xəbər verir ki, bu barədə “Le Fiqaro” nəşri yazıb.

“Yeni doktrina 2017-ci ildə qəbul edilmiş sənədin davamı olacaq və Fransanın maraqlarını qorumaq üçün on strateji hədəfi ehtiva edəcək. Müharibə iqtisadiyyatı ilə bağlı bir maddə var. Eyni zamanda, “ümumbəşəri hərbiləşdirmə”dən söhbət getmir”, – nəşr qeyd edib.

Sənəddə deyilir ki, Fransa Silahlı Qüvvələri zəif tərəflərini düzəltməli, hakimiyyət isə dünya nizamının qurulması prizmasından öz strateji ambisiyalarını yenidən nəzərdən keçirməlidir.

Fransız ordusunun hazırkı modeli ekspedisiya missiyalarında iştirak etməyi nəzərdə tutur, lakin yüksək intensivli münaqişələri deyil. Yeni doktrina 2030-cu ilə qədər müvafiq transformasiyaları nəzərdə tutur. Sənəddə respublika üçün yeni imkanlar yaradan üç əsas sütunun adı çəkilir: nüvədən çəkindirmə, adi silahlar və cəmiyyətin qarşılıqlı dəstək üçün səfərbər edilməsi.

Teqlər: