Makron nüvə silahı tətbiqinin müzakirəsinə çağırdı

Makron nüvə silahı tətbiqinin müzakirəsinə çağırdı

Fransa Prezidenti Emmanuel Makron nüvə silahı da daxil olmaqla, Avropanın müdafiəsinin gələcəyi ilə bağlı müzakirələrə başlamağa çağırıb.

AzerTimes xəbər verir ki, bu barədə BFMTV telekanalı məlumat yayıb.

“Mən Avropanın müdafiəsi ilə bağlı müzakirənin açılmasının tərəfdarıyam. Bu müzakirəyə nüvə silahlarının mövcudluğu da daxil edilməlidir. Gəlin görək, bizi həqiqətən nə qoruyur”, – Makron bildirib.

Makron qeyd edib ki, Fransa öz spesifikliyini qoruyacaq, lakin Avropa torpaqlarının müdafiəsinə daha çox töhfə verməyə hazırdır:

“Fransa doktrinası həyati maraqlara təhlükə yarandığı hallarda nüvə silahından istifadə etməyə icazə verir”.

Teqlər: