Makron Maskla görüşdü

Makron Maskla görüşdü

Fransa Prezidenti Emmanuel Makron amerikalı sahibkar və milyarder İlon Maskla görüşüb.

AzerTimes xəbər verir ki, bu barədə prezident Tvitter hesabında məlumat verib.

“Bu gün günorta Elon Mask ilə görüşdük. Aydın və dürüst müzakirələr etdik. Fransa və Avropanı karbondan təmizləmək və yenidən sənayeləşdirmək ambisiyalarımıza uyğun olaraq, İ.Maskla elektrik nəqliyyat vasitələri və akkumulyatorlar kimi gələcək yaşıl sənaye layihələri haqqında fikir mübadiləsi apardıq. Həmçinin, internetdə uşaqların müdafiəsini yaxşılaşdırmaq üçün Tvitter ilə bizim əməkdaşlığımız da davam edəcək”, – prezident bildirib.

Teqlər: