Makron martın 29-da Putinlə yenidən danışmağı planlaşdırır

Fransa prezidenti Emmanuel Makron Rusiya lideri Vladimir Putinlə
martın 29-da yenidən telefon danışmağını planlaşdırır.

AzerTimes-ın
məlumatına görə, bu barədə Fransa Xarici İşlər Nazirliyinin rəsmi
nümayəndəsi Ann-Kler Lejandr bildirib.

“Prezident Makron çərşənbə axşamı Vladimir Putinlə yenidən
danışmağı planlaşdırır”, – deyə o bildirib.

Ann-Kler Lejandr qeyd edib ki, Fransa prezidenti “artıq Rusiya
prezidenti ilə bir sıra uzun davam edən söhbətlər aparıb”.

Onun sözlərinə görə, qarşıdakı söhbət zamanı E.Makron V.Putinlə
Yunanıstan və Türkiyənin iştirakı ilə insanların Mariupoldan
çıxarılması üçün planlaşdırılan humanitar əməliyyatın
təfərrüatlarını müzakirə etməyi düşünür.