Makron Maliyə səfərini ləğv edib

Fransa Prezidenti Emmanuel Makron koronavirusa yoluxma hallarının sayının artması ilə əlaqədar Maliyə səfərini ləğv edib.

AzerTimes-ın məlumatına görə, bu barədə Yelisey Sarayından bildiriblər.

Bu qərar milli səviyyədə elan edilmiş tədbirlərlə prezidentin beynəlxalq gündəliyi arasında uyğunluq baxımından, habelə metropolda sanitar vəziyyətin pisləşdiyi dövrdə tədbirlər zamanı bizim hərbi kontingentimizi yoluxma riskinə məruz qoymamaq üçün qəbul edilib”, – deyə Yelisey Sarayından bildirilib.


Xatırladaq ki, daha əvvəl Fransanın baş naziri Jan Kasteks İordaniyaya səfərini ləğv etmişdi.