Fransa Prezidenti Emmanuel Makron Parisdə bir sıra ölkələrin liderləri ilə Ukraynaya yardımla bağlı görüş keçirəcək.
AzerTimes xəbər verir ki, bu barədə Yelisey Sarayından məlumat verilib.
Fevralın 26-da keçiriləcək görüşdə hansı dövlətlərin iştirak edəcəkləri ilə bağlı məlumat verilməyib.
Adlarının çəkilməsini istəməyən bir neçə fransız məmur isə “Röyters”ə bildirib ki, Makron ABŞ-ın davamlı dəstəyi ilə bağlı narahatlıqlara baxmayaraq, Moskvaya Avropanın Ukraynadan yorulmadığına dair siqnal göndərməkdə qərarlıdır.
“Assoşeyted Press” isə yazıb ki, Polşa Prezidenti Andjey Duda görüşdə iştirak edəcəyinə söz verib.