Fransa Prezidenti Emmanuel Makron Çinə səfər edəcək.
AzerTimes xəbər verir ki, Makron bunu Avropa Birliyi Şurasının Brüsseldəki iclasındakı çıxışında deyib.
Makron Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyenə səfərə birlikdə getmək üçün təklif də göndərdiyini deyib:
“Ursula fon der Leyeni Çinə səfərimdə məni müşayiət etməyə dəvət etdim”.
Makron səfər tarixi barədə heç bir məlumat verməyib.