Ölkədə parlament seçkilərinin necə bitməsindən asılı olmayaraq, istefa vermək fikrində deyiləm.
AzerTimes xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron deyib.
“Kor deyiləm, demokratiya böhranını mən də görürəm, xalqla ölkəni idarə edənlər arasında aradan qaldıra bilmədiyimiz uçurum var. Hökumətin yolu kökündən dəyişməlidir”, – o bildirib.
Qeyd edək ki, Fransada növbədənkənar parlament seçkisinin birinci turu 30 iyunda, ikinci turu 7 iyulda keçiriləcək.