Fransalı siyasətçi, Vətənpərvərlər Partiyasının lideri Florian Filippot prezident Emmanuel Makronu boks məşqi zamanı idman zalında çəkdirdiyi fotoya görə ələ salıb.
AzerTimes Qaynarinfo.az-a istinadən xəbər verir ki, Filippo bu barədə X sosial şəbəkəsindəki səhifəsində yazıb.
“Makron Putinlə döyüşmək istəyir, buna görə də hazırlaşır”, – deyə siyasətçi Makronu ələ salaraq vurğulayıb.
Vətənpərvərlər Partiyasının liderinin fikrincə, Makronun özünü lider kimi tanıtmaq üçün bu cür cəhdləri zövqsüz təbliğatdan başqa bir şey deyil.
Qeyd edək ki, fotonu prezidentin şəxsi fotoqrafı Soaziq de la Muassoner sosial şəbəkələrdə paylaşıb.