Fransa Prezidenti Emmanuel Makron hökuməti yenidən təşkil etmək niyyətindədir.
AzerTimes xəbər verir ki, bu barədə həftəlik “Journal du Dimanche” qəzeti məlumat yayıb.
Qeyd edilib ki, baş nazir və bəzi əsas qurumların rəhbərləri dəyişə bilər:
“Fransa Prezidenti həmvətənlərinə Yeni il müraciətində yeni siyasi kurs elan edib”.
Bildirilib ki, baş nazir vəzifəsini tuta biləcək dörd namizəd var.
Siyahıya – Parlamentin aşağı palatasının keçmiş spikeri, 61 yaşlı Riçard Ferran, Nazirlər Kabinetinin ən gənc üzvü 34 yaşlı təhsil naziri, analitiklər tərəfindən yüksək qiymətləndirilən Qabriel Attal daxildir.
İlk dördlüyü tamamlayan E.Makronun yaxın çevrəsindən olan daha iki nüfuzlu məmurdur. Onlar, müdafiə naziri 37 yaşlı Sebastiyen Lekornyu və keçmiş kənd təsərrüfatı naziri, 43 yaşlı Julyen Denormandidir.
Qeyd edək ki, Elizabet Born 2022-ci ilin mayından baş nazir vəzifəsində çalışır.