Bütün Fransa və Avropanın siyasi kəsimi Makronu və saatı müzakirə edir.
AzerTimes xəbər verir ki, bu sözləri rusiyalı siyasi ekspert Sergey Markov qeyd edib.
O bildirib ki, Makron efirə dəyəri onminlərlə avro olan saatla çıxmışdı:
“Hansısa məqamda ö özü başa düşdü və yaxud müşavirləri onun qulağına dedi və Makron da canlı efir zamanı saatı qolundan açmaq qərarına gəldi. Və saatı masanın altında qolundan açdı. İnsanların baxışına görə, bu hadisə göstərir ki:
1. Makron bankirlərin hesabına çox zəngindir və o özünün sərvəti ilə milyonlarla insanı həqiqi mənada təhqir edir;
2. Makron həyasızcasına yalan danışa bilir;
3. Makron Fransanın lideri deyil, Fransa bankirlərinin meneceridir, onların maraqlarına uyğun olaraq pensiya islahatları aparır”.