Fransa Prezidenti Emmanuel Makronla İsrail Prezidenti İshaq Hersoqun görüşü sosial şəbəkələrdə gündəmə çevrilib.
AzerTimes xəbər verir ki, Qüds şəhərində görüşü zamanı Makron Hersoqu bərk-bərk qucaqlayıb.
İsrail prezidenti ayrılsa da, Makron ondan əl çəkməyib və Hersoqu qucaqlamaqda davam edib. Hətta içəri daxil olanda da Makron İsrail prezidentinin əllərini buraxmayıb.
Fransa prezidentinin bu hərəkətləri sosial şəbəkələrdə gülüş hədəfinə çevrilib.