Fransa Prezidenti Emmanuel Makronla Konqo Prezidenti Feliks Çisekedi arasında mübahisə yaşanıb.
AzerTimes xəbər verir ki, Çisekedi Makrona ölkəsinin 1994-cü il soyqırımında iştirakını xatırlatmasından sonra mübahisə yaşanıb.
Konqo lideri Makrondan ölkəsinin təhlükəsizliyinin bərpasına necə kömək edəcəyini soruşub. E.Makron isə jurnalistlərin gözü önündə Fransaya aid edilə biləcək məsuliyyəti rədd etdiyini qeyd edib:
“Mən bütün həqiqətin tərəfdarıyam: Bütün bu yükü öz üzərimə götürməkdən imtina edirəm. Fransa sizə “yaxşılıq etmək” məcburiyyətində deyil, bu, sizin vəzifənizdir”.