Fransada makronizm sona çatdı.
AzerTimes xəbər verir ki, bunu şənbə günü Fransanın sabiq prezidenti, 2012-2017-ci illərdə ölkəyə rəhbərlik etmiş Fransua Olland deyib.
Olland ölkədə yenidənqurma vaxtının yetişdiyini bildirib. Eks-prezidentin sözlərinə görə, makronizm Fransaya siyasi baxımdan baha başa gəlib, partiyalara və ictimai rəyə ziyan vurub.
Qeyd edək ki, Makron partiyasının AP seçkilərini uduzduqdan sonra Milli Assambleyanı buraxıb. Ölkədə növbədənkənar parlament seçkilərinin birinci turu 30 iyunda, ikinci turu 7 iyulda keçiriləcək.