Konstitusiya Şurası Fransada keçirilən prezident seçkilərinin
birinci turunun nəticələrini açıqlayıb.
AzerTimes-ın məlumatına görə, ölkə prezidenti Emmanuel Makron 9,78
milyon, “Milli Birlik” partiyasından olan namizəd Marin Le Pen isə
8,13 milyon səs toplayıb.
Bildirilib ki, səsvermə hüququna malik ümumilikdə 48,7 milyon
Fransa vətəndaşından 35,9 milyon insan seçkiyə gəlib.
Konstitusiya Şurası rəsmi olaraq elan edib ki, E.Makron və Marin
Le Pen prezident seçkilərinin ikinci turunda iştirak etmək hüququna
malikdirlər.