Fransanın hazırkı prezidenti Emmanuel Makron, ilkin məlumatlara
görə, prezident seçkilərinin ikinci turunda qalib gəlir.
Trend “BFM” telekanalına istinadən xəbər verir ki, E.Makron 57,6
faiz səs toplayıb. Onun rəqibi Marin Le Pen isə 42,4 faiz səs
toplaya bilib.
Yaxın zamanda hər iki siyasətçinin səsvermənin nəticələri ilə
bağlı açıqlamalar verəcəyi gözlənilir.