Fransada pensiya yaşının 65 yaşa qaldırılmağı nəzərdə
tutulur.
Trend xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron
cümə axşamı seçki platformasını açıqlayan zaman bildirib. Onun
sözlərinə görə, pensiya yaşı tədricən 65 yaşa qaldırılacaq. Eyni
zamanda Makron vurğulayıb ki, bu tədbir sosial dialoq əsasında
həyata keçiriləcək.
O, seçki proqramında minimum pensiya həddinin 1,1 min avroya
çatdırılmasını da qarşısına məqsəd qoyub. E. Makron həmçinin
səhiyyə və ahıllara qayğını gücləndirmək niyyətində olduğunu
vurğulayıb.
“Ümumilikdə tibb işçilərinin sayı 50 min nəfər, o cümlədən
qocalar evlərində tibb bacılarının ştatı artırılacaq”, – Emmanuel
Makrin bildirib.