Makron fikrini dəyişdi: Putinlə dialoq axtarır

Makron fikrini dəyişdi: Putinlə dialoq axtarır

Ukrayna ətrafındakı vəziyyətlə bağlı Rusiya ilə dialoqun davam etdirilməsi lazımdır.

AzerTimes xəbər verir ki, bu sözləri Fransa Prezidenti Emmanuel Makron AB-nin Brüsseldə keçirilən sammitində deyib.

O, Rusiya ilə dialoqun davam etdirilməsinin tərəfdarı olduğunu bildirib:

“Dialoq həm də ona görə lazımdır ki, mümkün nüvə təhdidinin və regionun destabilizasiyasının qarşısı alınsın”.

Qeyd edək ki, bir neçə gün öncə Makron Rusiya lideri Putini həm də Cənubi Qafqazda müharibəni qızışdırmaqda ittiham etmişdi.

Teqlər: