Makron faktiki olaraq Putinin əlinə oynayır – Şərh

Makron faktiki olaraq Putinin əlinə oynayır – Şərh

Paşinyanın Fransanı danışıqların tərəfinə çevirmək istəyi sülh prosesinə ziyan vurmaqla yanaşı, Avropa Birliyi kimi vacib, hər iki ölkə ilə imzalanmış sənədlərlə münasibəti, danışıqlar aparmaq səlahiyyəti, imkanları olan qurumu nüfuzdan salır.

AzerTimes xəbər verir ki, bu sözləri ekspert Natiq Cəfərli qeyd edib.

“Hazırda Azərbaycan XİN-nin diplomatiyasının üzərinə ciddi iş düşür. Bütün “de-fakto” və “de-yure” ittifaqları işə salaraq dünya siyasətində Ermənistanın Rusiyanın təkidi ilə sülh danışıqlarını pozmaq cəhdini, Moskvanın bölgədə yeganə moderator, “hakimi-mütləq” olmaq istəyini İrəvan vasitəsi ilə həyata keçirdiyini və Fransanın, Makronun da faktiki olaraq Rusiyanın, Putinin əlinə, marağına oynadığını hər gün hər bir müstəvidə, nüfuzlu media qurumlarında dilə gətirmək lazımdır.

İndiki geosiyasi vəziyyət Azərbaycana ciddi üstünlüklər verir. Belə ki, Qərbin iki əzəli düşməni Rusiya və İran Ermənistanın müttəfiqləri qismində çıxış edirlər. Fransa isə Kremlin maraqlarına uyğun AB və Vaşinqtonun sülh səylərini pozmaqla məşğuldur. Buna görə, bütün tribunalardan istifadə edilməli, bu tezislər dünya siyasətinin gündəliyinə salınmalıdır”, – Cəfərli bildirib.

Teqlər: